Lider TV

11 millət vəkili həbs olundu


Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının 11 deputatının həbsi barədə qərar icra olunub. Həbs olunanlar arasında HDP həmsədrləri Figen Yüksəkdağ və Səlahəddin Dəmirtaş da var.
Türkiyə Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatına əsasən, göstərişə uyğun olaraq məhkəməyə gətirilmək üçün Ferhat Encü, Leyla Birlik Selma Irmak, Abdullah Zeydan, Səlahaddin Dəmirtaş, İdris Baluken , Figen Yüksəkdağ Şenoğlu, Sırrı Sürəyya, Öndər Ziya Pir, Gülsər Yıldırım və Nursel Aydoğan saxlanılıb.
Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının həmsədrləri Səlahəddin Dəmirtaş Diyarbəkirdəki evində, Figen Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb. Müəyyən edilib ki, haqqında saxlanılma əmri olan Faysal Saryıldız, Tuba Xəzər Oztürk ölkə xaricindədirlər Barələrində saxlanılma qərarı çıxarılan İmam Taşçıyer və Nihat Akdoğana qarşı məhkəmə prosesi davam etdirilir. Məlumata görə, qanunları pozan və prokurorluqların məhkəməyə gəlmək barədə çağırışlarına məhəl qoymayan şəxslər şahid ifadələri zamanı məhkəmədə dindirilmək üçün saxlanılıblar. Qeyd edək ki, deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buld da Ankarada saxlanılıb. Məlumata görə, saxlanılma terrorçu fəaliyyətinin istintaqı çərçivəsində həyata keçirilib. Pərvin buldan PKK ilə əlaqəsi olmaqda şübhəli bilinir. Xatırladaq ki, Buldan 2013-cü ildə İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Ocalana baş çəkib.




09:00 / 04.11.2016     Çap et  Çap et