Lider TV

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub


ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Ağ evin yaydığı açıqlamada bildirilir. Söhbət zamanı prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda iştirakının müvafiq səviyyədə müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb. Hər iki lider İraqın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiqləyib. Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliyini vurğulayıb”, məlumatda deyilir




09:00 / 27.10.2016     Çap et  Çap et