Lider TV

Azərbaycan yaxın zamanda çevik kənd təsərrüfatı layihəsinin tətbiqinə başlayır


«Azərbaycan yaxın zamanda çevik kənd təsərrüfatı layihəsinin tətbiqinə başlayır». Bu barədə “Dünya ərzaq günü”-nə həsr olunan tədbirdə məlumat verilib. Tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə təhlükəsiz və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyinin tam təmin olunması, yeni texnologiyaların tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, 12 zonada 52 sanitariya ekspertiza laboratoriyası, müasir avadanlıqlarla təchiz edilərək yenidən bərpa olunub.




09:00 / 20.10.2016     Çap et  Çap et