Lider TV

İçlik vərəqi Azərbaycan dilində olmayan dərmanların idxalı dayandırılacaq


Bundan sonra bütün dərmanların içlik vərəqi Azərbaycan dilində olacaq. Bununla bağlı Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib. Mütəmadi olaraq dərman alan sevinc xanım içlik vərəqlərinin xarici dildə olmasından şikayətlənir. Deyir nə dərmanın tərkibini, nə də ki, istifadə təlimatlarını öyrənmək olur. Dərmanın dərdə çarə olmaq əvəzinə bəzən başqa xəstəliklərə səbəb ola biləcəyindən çoxları narahatdır. Axı hər kəs xarici dil bilmək məcburiyətində deyil. Əczaçı deyir ki, əksər alıcılar içlik vərəqi Azərbaycan dilində olmayan dərmanın keyfiyyətinə şübhə ilə yanaşırlar. Artıq yanvarın birindən belə problemlərə son qoyulacaq. İstifadə təlimatı azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyinin təsdiqləmədiyi dərman vasitələrinin ölkəyə idxalı dayandırılacaq.

Fidan Əliheydər




19:00 / 12.10.2016     Çap et  Çap et