Lider TV

Trans-Adriatik boru kəmərinin Albaniya hissəsində tikinti işlərinə başlanılıb


Azərbaycan qazını avropaya nəql edəcək trans-adriatik boru kəmərinin albaniya hissəsində tikinti işlərinə başlanılıb. «tap» konsersiumundan verilən məlumata əsasən, albaniyanın baş naziri edi rama, energetika və sənaye naziri damian qjiknuri və tap-ın icraçı direktoru yan bredşounun iştirakı ilə mərasim keçirilib. Konsersiumun icraçı direktoru tap-ın son illərdə böyük inkişaf nümayiş etdirdiyini vurgulayıb. Albaniyada bugünədək 12 km boru düzülüb, 8 km boru qaynaq edilib. Keçid yolları və körpülərin 94%-dən çoxu tamamlanıb. Xatırladaq ki, azərbaycan qazının kəmərlə ildə 10 milyard kubmetr “şahdəniz” qazının nəqli nəzərdə tutulur. Azərbaycan avropaya nəqlinin 2020-ci ildə başlaması gözlənilir.




13:00 / 01.10.2016     Çap et  Çap et