Lider TV

732 nəfərə böyrək köçürülüb


Azərbaycanda böyrəyində problem olan 10 minə yaxın pasiyent var. Onlardan 3100 nəfəri böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub. 32 yaşlı Teymur Məmmədova bir il olar ki, böyrək köçürülüb. Deyir, ağrı dolu illəri arxada qalıb, indi özünü yaxşı hiss edir. Onun kimi daha 731 nəfərə böyrək transplantasiyası edilib. Təkcə respublika klinik uroloji xəstəxanada il ərzində 1200-ə qədər cərrahiyə əməliyyatı icra olunur. 3680-dən artıq dializ seansı aparılır. Cavanlaşan böyrək xəstəliyinin yaranma səbəbləri müxtəlifdir. Soyuqdəymə, qaraciyər qan dövranının pozulması, şəkərli diabet, ürək xəstəlikləri böyrək çatışmazlığı ilə nəticələnə bilər. İl ərzində 2100-dən artıq xəstə uşaq ambulator müayinədən keçirilir. Onlardan təxminən 500 nəfəri əməliyyata məruz qalır. Son üç ildə 49 xəstəyə canlı donordan böyrəkköçürmə əməliyyatı aparılıb. 100-dən artıq xəstə isə böyrək transplatasiyası üçün növbədədir. Son beş il ərzində əməliyyat zamanı yalnız bir xəstədə ölüm halı qeydə alınıb. Hazırda meyitdən canlı insana orqan köçürülməsi məsələsi müzakirə olunur.

Fidan Əliheydər




19:00 / 07.09.2016     Çap et  Çap et