Lider TV

Azərbaycan İsrailin kənd təsərrüfatı təcrübəsindən yararlanacaq


İsrailin çox yüksək kənd təsərrüfatı sistemi var. Bu ölkədən Azərbaycana həm innovativ, həm də istehsal sahələrinə aid mütəxəssislər, həmçinin iş adamları cəlb etmək olar. İsrailin ölkəmizdəki səfiri Dan Stavin Lənkərana səfər zamanı bunları bildirib. Rayon icra hakimiyyətində keçirilən görüşdə qonağa Lənkəranın ənənəvi təsərrüfat sahələri, sosial-iqtisadi inkişafı, turizm potensialı barədə ətraflı məlumat verilib. Səfər çərçivəsində diplomatın Lənkəranın iri sənaye və kənd təsərrüfatı müəssisələri ilə tanışlığı da nəzərdə tutulub.




19:00 / 06.09.2016     Çap et  Çap et