Lider TV

«Trend» 21 yaşını qeyd edir


Bu gün «Lider» televiziyasi ilə yanaşı, «Trend» informasiya agentliyinin də yarandığı gündür. Agentlik bu illər ərzində Orta Asiya və Qafqaz regionu üzrə informasiyaların çatdırılmasında əhəmiyyətli rol oynayıb. Trend informasiya agentliyi 21 ildə böyük bir yol keçib. İstər Azərbaycan daxilində , istərsə də Azərbaycanın hüdudlarından kənarda həyatın bütün sahələrindən xəbərlərin çatdırılmasında müstəsna pol oynayıb. Agentliyin əsas prinsiplərindən biri xəbərlərin qərəzsiz və operativ çatdırılmasıdır. Təkcə Azərbaycanda deyil, Orta Asiya və Qafqaz regionnu təmsil edən agentlik oxucularına xəbərləri 6 dildə çatdırır. “Trend”-i digər informasiya agentliklərindən fərqləndirən də elə budur. Böyük bir kollektiv olan «Trend» informasiya agentliyi əməkdaşların mütəxəssis kimi yetişdirilməsində əhəmiyyətli rola malikdir. Gənc kadrlara üstünlük verilir, əməkdaşlar xarici mütəxəssillərdən mütəmadi olaraq master dərsləri alırlar.

Simnarə Həmidqızı




19:00 / 01.09.2016     Çap et  Çap et