Lider TV

Paralimpiyaçılar Rio-ya tam hazırdır


Olimpiyaçılarımızın Rio-dakı uğurlarından sonra indi diqqətlər paralimpiyaçılarımızadır. Oyunlara hazırlıqları başa vuran idmançılar bu həftə Rioya yola düşürlər. İdmançılarımızın olimpiya oyunlarında əldə etdiyi nailliyətlər paralimpiyaçılar arasında ruh yüksəkliyinə səbəb olub. Biz, elə bu əhval ruhiyyə ilə də Brazilyaya yola düşürük. Bu fikri Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Lider TV-yə müsahibəsi zamanı səsləndirib. Bildirib ki, komanda ötən paralimpiya oyunlarına nisbətən daha güclü heyyətə malikdir. İdmançılarımız Rio paralimpiya oyunlarına 44 lisenziya qazanıblar ki, bu da Londona nisbətən 8 lisenziya çoxdur. Brazilyaya yola düşən paralimpiya komandamızın tərkibində dünya və Avropa birinciliklərinin qalibləri ilə yanaşı ikiqat paralimpiya çempionları və dünya rekorçularıda var. Əgər əvvəlki oyunlarda daha çox paytaxt nümayəndələri iştirak edirdilərsə, bu dəfə onlar arasında bölgələrimizi təmsil edən idmançılarda var. Paralimpiya komandamızın kapitanı İlham Zəkiyev də oyunqabağı çox nikbin görünür. İkiqat paralimpiya çempionu deyir ki, qarşımızda bir məqsəd var 4 illik hazırlığımızı ən yüksək səviyyədə nümayiş etdirmək. Qeyd edək ki, paralimpiya yığmamız Rio-ya sentyabrın 1-i gecə saatlarında yola düşəcək.




13:00 / 29.08.2016     Çap et  Çap et