Benzin üçün aksiz vergisi və gömrük rüsumu endirilib

Nazirlər kabineti "azərbaycan respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. Belə ki, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb. Aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Eyni zamanda 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar avqustun 16-dan başlayaraq 60 gün müddətində qüvvədədir. Nazirlər kabinetinin qərarı Heydər Əliyev adına neft emalı zavodunun müasirləşdirilməsi ilə bağlıdır. Zavodun fəaliyyəti bir müddət dayandırılacaq. Bu müddət ərzində benzin idxalına ehtiyac olacaq.