Lider TV

İdmançılarımız «Rio-2016»-ya yola salındı


Rıo-De-Janeyroda keçırılən 31-cı yay olımpıya oyunlarında iştirak edəcək idmançıların bir çoxu və Azərbaycan nümayəndə heyəti Braziliyaya yola salınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilən mərasimdə ölkəmizın idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər və jurnalistlər qatılıblar.
Təntənəli mərasimə xeyli sayda paytaxt sakini toplaşmışdı. Azarkeşlər idmançılarımızı «Rıo-2016»-ya böyük coşqu ilə yola salırdılar. Təbii ki milli musiqi sədaları altında… Olimpiya oyunlarının ilk günlərindən yarışa başlayacaq gimnastlar, cüdoçular, güləşçilər və digər idman növlərinin təmsilçiləri Braziliyaya əsas komandadan tez yollanıblar. Bu dəfəki olimpidada Azərbaycan komandası daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Onların 36-sı üçün builk olimpiya oyunlarıdır. Azərbaycan millisinin olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasımı isə avqustun 3-də baş tutacaq. Vüqar Səfərli




13:00 / 02.08.2016     Çap et  Çap et