Lider TV

İmtahanlara ictimai nəzarət


Bundan sonra imtahan zamanı tələbələrin oxuduğu universitetdən asılılığı qismən aradan qalxacaq. İqtisad Universiteti yeni qayda tətbiq edib. İmtahanlara ali təhsil ocağı yox, ictimaiyyət nümayəndələri nəzarət edir. Təhsil ekspertlər və jurnalistlərdən ibarət ictimai nəzarət şurası yaradılıb. İctimai nəzarət şurasının fəaliyyəti tələbələrə yeni imkanlar açır. İmtahan zamanı problemlə üzləşən tələbə imtahan və müəllimlə bağlı birbaşa ictimai nəzarət şurasına müraciət etmə hüququna malikdir. Eyni zamanda şura qaynar xəttə və apelyasiya komissiyasının işinə də nəzarət edə bilir. İqtisad Universitetinin bütün imtahanlarında bu sistem tətbiq olunacaq. Mütəxəssislər bildirir ki, imtahan zamanı şəffaflığın qorunması üçün bu qaydanın digər universitetlərdə də tətbiqi effektiv olardı.

Zümrüd İbrahimova




19:00 / 12.07.2016     Çap et  Çap et