Lider TV

Cinayətkar dəstə zərərsizləşdirilib


Salyanda quldurluq və soyğunçuluqla məşğul olan dəstə üzvləri zərərsizləşdirilib. Cinayətkar qrupun 3-ü yeniyetmə olan 8 üzvündən dördü saxlanılıb. Bakı şəhəri Hövsan qəsəbə sakinləri, 20 yaşlı Babək Əhmədov, 23 yaşlı Zaur Hüseynov, 17 yaşlı Camal Namazov, Binəqədi rayon sakini, 18 yaşlı Fərid Rəsulov, Cəlilabad rayonu Hasıllı kənd sakini, 15 yaşlı Həsən Mirzəyev, Biləsuvar rayonu Bəydilli kənd sakini, 15 yaşlı Fərid Mirzəyev və istintaqa dəqiq məlum olmayan Abdulla və Sənan adlı şəxslər qabaqcadan əlbir olaraq silsilə oğurluqlar, həmçinin quldur basqınları törətməklə vətəndaşlara xeyli miqdarda maddi ziyan vurublar. Saxlanılan Babək Əhmədov, Zaur Hüseynov, Camal Namazov və Fərid Rəsulov barəsində Salyan rayon məhkəməsinin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib. Faktla bağlı Salyan polis şöbəsində cinayət işi açılıb. Dəstənin digər üzvlərinin axtarışları davam etdirilir.




13:00 / 25.06.2016     Çap et  Çap et