Lider TV

Mərkəzləşdirilmiş imtahanlar keçirilir


Bu gün Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir. Eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər. İmtahanlarda ümumilikdə 55 min 908 şagird iştirak edir. İmtahanların idarə olunmasına ümumilikdə 79 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 2474 nəzarətçi-müəllim ayrılıb.




13:00 / 25.06.2016     Çap et  Çap et