Lider TV

Britaniyada referendum keçirilir


Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendum başlayıb. Seçki məntəqələri yerli vaxtla səhər saat 07.00-da açılıb. Səsvermə axşam saat 22.00-dək davam edəcək. Səsvermə 382 seçki dairəsində keçirilir. Seçki dairələrindən 380-i İngiltərə, Şotlandiya və Uelsdə fəaliyyət göstərir. Şimali İrlandiya və Cəbəlütariqin hərəsində isə bir seçki dairəsi var. Səsvermənin nəticələri iyunun 24-də açıqlanacaq. Məlumata əsasən, referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçib. Nəticə adi səs çoxluğu ilə müəyyənləşəcək. Referendumdan bir gün əvvəl keçirilən sorğunun nəticələrinə görə, ölkənin Avropa İttifaqında qalmasının tərəfdarları çoxluq təşkil edir. «Tayms» qəzetinin məlumatına görə, britaniyalıların 51% - i Avropa İttifaqını tərk etməyin əlekyhinədir.
Ölkənin bankları və valyutadəyişmə məntəqələrinin qarşısında növbələr yaranıb. Britaniyalılar ölkənin Avropa İttifaqından çıxacağı təqdirdə, milli valyutanın ucuzlaşacağından narahatdırlar və funt - sterlinqi avro və dollara dəyişməyə tələsirlər. Ötən gün Briatniyanın baş naziri Devid Kemeron ölkə əhalisinə müraciət edib. Şotlandiyanın baş naziri Nikola Starcen də əhalini Britaniyanın Avropa İtifaqından çıxmasının əleyhinə səs verməyə çağırıb. Bildirib ki, şotlandiya Avropa İttifaqını tərk etməmək üçün Böyük Britaniyanın tərkibində qalmağa seçib. Lakin Britaniya qurumdan çıxsa, Şotlandiyada Britaniyanın tərkibindən çıxmasına dair referendum keçirilə bilər.




13:00 / 23.06.2016     Çap et  Çap et