Lider TV

Dünya Bankından Ermənistan üçün bədbin proqnoz


Ermənistan əhalisinin 70-80 faizi yoxsulluq içində yaşayır. Dünya Bankının proqnozları isə optimist olmağa əsas vermir. Bildirilir ki, acınacaqlı durum ən azı qarşıdakı 3 ildə də davam edəcək. Ermənistan parlamentariləri ölkə iqtisadiyyatının çökdüyünü bəyan ediblər. Bildirilir ki, faktiki əhali xaricdən gələn kreditlər və ianələr hesabına yaşayır. Dolana bilməyənlər isə ölkəni tərk edirlər. Statistika komitəsinin məlumatına görə, 2001-2011-ci illərdə ölkə əhalisinin sayı 190 min nəfərə qədər azalıb. 2015-ci ildə isə ölkəni tərk edən 54 min Ermənistan vətəndaşı geri qayıtmayıb.
Ermənistan iqtisadiyyatının ən böyük problemlərindən biri də xarici borclardır. Hazırda dövlət borcunun ÜDM-ə nisbəti 40 faizdən artıqdır ki, bu da kifayət qədər təhldükəli vəziyyətdir. Hətta vəziyyət o həddə çatıb ki, dövlət bir çox strateji obyektləri borc qarşılığında Rusiyaya vermək məcburiyyətində qalıb.
Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, hazırda ölkədə yoxsulluq səviyyəsi 35,8 faiz təşkil edir ki, bu da 1,2 milyondan artıq insanın dilənçi vəziyyətində yaşaması deməkdir. Qeyri-rəsmi rəqəmlər isə daha acınacaqlıdır. Ekspertlər bildirir ki, ölkəyə son üç ayda heç bir investisiya yatırılmayıb. Məlum olub ki, hakimiyyətinin uğursuz iqtisadi siyasəti nəticəsində ölkənin xarici borcları artmaqda davam edir. Ermənistan Milli Konqresi parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, ən vacib məhsullar əhaliyə 250 faizə qədər artırılmış qiymətlərlə satılır. Dövlət idxalçıların inhisarçılığına göz yumur. Sərkisyan hakimiyyəti imtiyazlı biznesmenlər üçün xüsusi şərait yaradıb və onlar yoxsul əhalini daha da soyurlar: "Serj Sərkisyan iqtidarının ölkədən qanunsuz yolla çıxardığı 5,7 milyard dollar Ermənistanın kasad büdcəsinə xeyli ziyan vurub. Zamanla Ermənistan tam iqtisadi böhranla üz-üzə qalacaq" , -deyə erməni parlamentari bildirib. İqtisadçılar isə hesab edirlər ki, bu minvalla Ermənistanın Rusiyanın əyaləti icimindən qurtulmaq şansı yoxdur.
Erməni ekspertləri bildirirlər ki, bütün bunlar Ermənistan prezidentinin həyata keçirdiyi işğalçılıq siyasəti üzündən baş verir. Nəticədə, regional təcrid vəziyyətinə düşən Ermənistanda şərait getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Xüsusən də, sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha acınacaqlı hal almasına rəvac verir. Dünya Bankının proqnozları isə daha bədbindir. Bildirilir ki, 2016-17-ci illərdə ölkə iqtisadiyyatındümumiyyətlə artım müqahidə olunmayacaq. 2018-ci ildə 1 faiz artıma ümid etmək olar. Bu isə vəziyyətin hələ uzun müddət ormallaşmayacağını deməyə əsas verir.




11:00 / 10.06.2016     Çap et  Çap et