Lider TV

“Formula-1” Avropa qran-pri yarışlarına hazırlıq davam edir


“Formula-1” Avropa qran-pri yarışlarına sayılı günlər qalıb. Vaxt azaldıqca hazırlıq işləri daha da sürətlənır. Yarışın keçiriləcəyi ərazidə artıq bütün təhlükəsızlık tədbirləri görülüb. Yarış terkının üzərınə düşən yolların bəzi hissələrinə 30 min tamaşaçı tutumu olan oturacaqlar quraşdırlıb. Hazırda Azadlıq meydanında inşa olunan arenada son tamamlama işləri gedir. Böyük br ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, beynəlxalq avtomobil federasiyasının, “Formula-1” rəhbərliyinn ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. Demək olarki işlərin 90 faiz görülüb. Aldığımız məlumata görə sözügedən ərazidə işlər iyulun 6-na kimi tamamlanaraq aidıiyatı üzrə təhvil veriləcək. Yarışın keçiriləcəyi ərazidə bütün təhlükəsızlik tədbirləri görülüb. Yarış trekinin üzərinə düşən yollarda yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidləri də inşa edilir. Bu da yarış əfərfəsində vətəndaşların rahat gediş-gəlişin təmin edilməsi məqsədi daşıyır. Yolboyu istinad divarlarının çəkilməsi işi yekunlaşıb. Zəruri yerlərdə monitorlar quraşdırılıb. Bir sözlə işlər plan üzrə gedir.




13:00 / 04.06.2016     Çap et  Çap et