Lider TV

Dini radikalizmi tənqid edən sənədli film hazırlanıb


Azərbaycanda dini radikalizmi tənqid edən yeni sənədli film hazırlanıb. “Fitnə» filmində dini radikalizmlə mübarizənin, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılıb. Ekran əsərində suriyada radikal qruplara qoşulmuş və sonra geri qayıtmış insanların fikirləri yer alıb. Film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanıb. Komitə sədri Mübariz Qurbanlı bildirib ki, dünyada dinlərdən başqa məqsədlər üçün istifadə edən qüvvələr var. Bu səbəbdən də dini radikalizmə qarşı mübarizə gücləndirilməlidir.




17:00 / 18.05.2016     Çap et  Çap et