Lider TV

Azərbaycana böyük turıst axını var


Azərbaycanda 250-dən çox turıst şırkətı fəalıyyət göstərır. 570-dən çox yerləşdırmə yerı olan otel və motellər var. Ölkəmizə gələn turıstlər son 10 ıldə təxmınən 5 dəfə artıb. Gələn xarici qonaqların məhz ilk baş çəkdiyi yerlərdəndə bir qız qalasıdır. Əməkdaşımız elvin güloğlanoğlu paytaxt bakımızın qonağı olan turistlərlə həmsöhbət olub. Kimisi paytaxtımızın tarixi abidələrini lentə alır, kimisi isə bu yerlər haqqında məlumat əldə edir. Demək olar ki, mərkəzi küçələrərdə addımbaşı müxtəlif ölkələrdən olan turistlərə rast gəlmək mümkündür. Qeyd edək kı, qarşıda bizi, iyunun ayında keçiriləcək «Formula 1» yarışları gözləyir. Həmin ərəfədə ölkəyə turist axınının çox olduğunu nəzərə alan aidiyyatı qurumlar bir sıra tədbirlərin görüləcəyini deyirlər. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə artıq paytaxta əlavə olaraq 3 ədəd şəhər gəzintisi üçün nəzərdə tutulan avtobuslar da gətirilib. Bununla yanaşı həmin ərəfədə ölkəyə gələn turistləri tarixi yerlərlə tanış etmək üçün yüzlərlə məlumat mərkəzi yaradılacaq ki, bu məntəqələrdə də onlara bir çox xidmətlər göstəriləcək. İlk növbədə həmin məntəqələrdən audio bələdçiləri əldə etmək mümkün olacaq. Buda turistlərin ölkəmiz haqqında məlumat əldə etməsini daha da asanlaşdıracaq,




19:00 / 09.05.2016     Çap et  Çap et