Lider TV

Fermerlərə damazlıq barama qurdları paylanılıb


Qaxda fəaliyyət göstərən damazlıq ipəkçilik stansiyası bəslədiyi qurdları kümçülərə, yəni barama yetişdirən sahibkarlara paylayıb. İnkubasiya müddəti başa çatmış toxumlardan alınan qurdlar ölkənin aran rayonlarından olan fermerlərə ödənişsiz olaraq verilib. Həmin şəxsləri maarifləndirmək məqsədilə onlara barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və yaddaş vərəqələri də təqdim olunub. Dağlıq rayonların təsərrüfat sahiblərinə isə mayın 4-ü və 6-da qurdların paylanması planlaşdırılıb. Tədbirdə iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev baramaçılığı inkişaf etdirmək üçün vacib olan tut bağlarının salınması məsələsinə aydınlıq gətirib.




17:00 / 27.04.2016     Çap et  Çap et