Lider TV

Partlayışı keçmiş məhkum törədib?


Ermənistan paytaxtında, avtobusda partlayıcı qurğunun kimin tərəfindən işə salındığı məlum olub. İlkin ehtimala görə, həmin şəxs hadisə nəticəsində ölənlərdən biri olub. Hadisə yerində trotil izləri və mobil telefonun sim kartı aşkarlanıb. Polisin məlumatına görə, kart əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşına məxsusdur. Onun evində aparılan axtarış zamanı trotil, detonatorlar, həmçinin partlayıcı qurğularda istifadə edilən diqər ləvazimatlar tapılıb. Hadisə zamanı xəsarət alanların evlərində də axtarış aparılıb. İlkin məlumatlara görə, partlayış avtobusun sağ tərəfdəki ikinci oturacağında baş verib. Polis həmin yerdə oturan sərnişinin kimliyini araşdırmağa çalışır. Partlayışın baş verdiyi ərazidə nəqliyatın hərəkatı məxdudlaşdırılıb.
Yerevanda 63 saylı marşrut avtobusunun partlaması nəticəsində 2 nəfər ölüb, ikisi uşaq olmaqla 7 nəfər yaralanıb. Ermənistanın səhiyyə naziri bildirib ki, hazırda yaralılar xəstəxanadadır və onların səhhəti stabildir. Partlayaş zamanı avtobusda 9 sərnişin və sürücü olub. Sürücü xəsarət almayıb. Hazırda o, sorğu sual olunur. Hadisə yerinə milli böhranı idarəetmə mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub.




17:00 / 26.04.2016     Çap et  Çap et