Lider TV

“Aqrolizinq” Səhmdar Cəmiyyəti istehsalçıları zəruri texnikalarla təmin etməkdə davam edir


Aqrar sahədə keyfiyyətli məhsul yetişdirilməsi və onun itkisiz yığılmasını şərtləndirən amillərdən biri kənd təsərrüfatı texnikalarıdır. Bunun üçün “Aqrolizinq” Səhmdar Cəmiyyəti istehsalçıları zəruri texnikalarla təmin etməkdə davam edir. Qurumun Gəncə regional təchizat bazasında ölkənin müxtəlif bölgələrindən olan fermerlrə traktorlar verilib. Fermerlər lizinq yolu ilə Gəncə Avtomobil Zavodunun istehsal etdiyi 38 traktor və 14 ədəd kotan əldə ediblər. Texnikaların sənədləşməsi “Aqrolizinq”-in struktur bölmələri və baş dövlət texniki nəzarət müfəttişliyinin əməkdaşları tərəfindən yerindəcə həyata keçirilib. Yeni texnikalar sahibkarlara 40 faiz güzəştlə satılır.




17:00 / 19.04.2016     Çap et  Çap et