Lider TV

Rusiyada terror aktı törədilib


Rusiyanın Stavropol vilayətində , terroqrçuların Novoselsk rayon polis idarəsinə hücumu nəticəsində xəsarət alan olmayıb. Bunu idarənin növbətçisi bildirib. Partlayışı törədənlərlə bağlı müxtəlif məlumatlar yayılıb. Əvvəlcə onların 4 nəfər olduğu, üçünün özünü partlatdığı, dördüncünün isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilridi. Lakin son məlumata görə, hadisəni iki terrorçu törədib, onlardan biri özünü partladıb, digəri isə binanın nəzarət-buraxılış məntəqəsinə daxil olmaq istəyərkən, asayiş keşikçiləri tərəfindən məhv edilib.




17:00 / 11.04.2016     Çap et  Çap et