Lider TV

Somalidə ölən və yaralanan Azərbaycan vətəndaşlarının kimliyi müəyyən edilib


Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralanan Azərbaycan vətəndaşlarının kimliyi müəyyən edilib. Hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı həyatını itirb. Onun iki oğlu isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdiriliblər. Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı Əflatun İsmayılov koma vəziyyətinə düşüb. Uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən ailə başçısı “Turkish airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən türk özəl liseyində müəllim olub. İçərisində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu liseyə məxsus mikroavtobus silahlı hücuma məruz qalıb. Həmin vaxt avtomobildə 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Nəticədə 6 nəfər ölüb, digərləri ağır yaralanıb.




13:00 / 31.03.2016     Çap et  Çap et