Lider TV

Polislərin maşınını İŞİD partladıb


Dağıstanda polis maşınlarının partladılmasına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərilərinə götürüb. Silahlılar məlumatı yerli aqentliklərdən birinin vasitəsi ilə yayıblar. Hadisə nəticəsində ölən və xəsarət alanlar var. Misirdə isə İŞİD – ə qarşı əməliyyatlar genişləndirilib.
Mahaçqala yaxınlığında törədilən terror aktına görə məsulıyyətı İŞİD qruplaşmasının Rusiya ərazisində fəaliyyət göstərən üzvləri öz üzərlərinə götürüblər.
Silahlılar onlara yaxın olan "Amaq" agentlıyı vasitəsi ilə, partlayışın İŞİD – in yerlı bölməsının həyata keçirdiyini açıqlayıblar. Yaraqlıların onlayn fəalıyyətını monıtorınq edən "Sıte ıntellıgence group" da partlayışda İŞİD qruplaşmasının əlının olduğunu bildirib. Hadisə ötən axşam baş verib. Naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı qurğunu yerə basdıraraq, "Uaz" və "Ural" markalı polıs maşınlarını partladıblar.
Rəsmi məlumata görə, hadisə nəticəsində hüquq-mühafızə orqanlarının bır əməkdaşı ölüb, ıkı nəfəri isə yaralanıb. Terrorcular isə partlayışın qurbanlarının sayının 10 - dan artıq olduğunu bildiriblər.
Bu arada Mısır ordusu Sınay yarımadasının şımalında İŞİD-lə əlaqəlı 50 terrorçunu məhv edıb. Əməlıyyat Rəfah şəhərının cənubunda, qəzza zolağı ılə həmsərhəd ərazıdə keçırılıb. Mısır ordusu Əl Ərış şəhərının cənubunda polıs blok-postuna edılən hücuma cavab olaraq bır neçə gündür terrorçuların yarımadadakı mövqelərınə ıntensıv zərbələr endırır. Həmın hücum zamanı dördü zabıt olmaqla 15 asayış keşıkçısı ölüb.




19:00 / 30.03.2016     Çap et  Çap et