Lider TV

Kerri Moskvadadır


ABŞ-ın dövlət katibi Con Kerri Rusiyada səfərdədir. Kerri Rusiyanın xarici işlər naziri Serqey Lavarovla görüşüb. Görüşdə mühüm məsələlər müzkirə edilib. «Rusiya və ABŞ bir çox mürəkkəb məsələlər üzrə irəliləyiş əldə edə bilib». Bunu ABŞ dövlət katibi Con Kerri Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair açıqlamasında deyib. Dövlət katibi Suriyaya humanitar yardımın çatdırılması və münaqişənin həlli kimi məsələrdə daha çox iş görməyin vacib olduğunu bildirib. Qeyd edib ki, Suriyada atəşkəs rejiminə zəif də olsa, əməl olunur. ABŞ dövlət katibi Suriyadakı zorakılığın səviyyəsinin, bəzi hesablamalara görə, 85-90% azaldığını da sözlərinə əlavə edib. Kerri Rusiyanın xarici işlər nazirini ad günü münaisbəti ilə təbrik edib. Ona yaşı ilə bərabər, müdrikliyinin də artmasını arzulayıb. Lovrov və Kerrinin görüşü 4 saat davam edib. Kerrinin Rusiya prezidenti Vladimir Putinlə də görüşü nəzərdə tutulub.




19:00 / 24.03.2016     Çap et  Çap et