Lider TV

Təyyarə qəzası baş verib


Rusiyada "Fly Dubay" aviaşirkətinə məxsus sərnişin layneri qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olanların hamısı həlak olub. Sosail şəbəkədə pilotlarn danışıqlarının audioyazısı yayılıb. Qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya ilə yanaşı, Azərbaycan, Ukrayna və Hindistan vətəndaşlarının olduğu bildiirilib.
"Boinq-737" - nin qəzaya uğramasına ilkin səbəb kimi yağışlı və küləkli hava göstərilir. Təyyarə birinci cəhddə eniş edə bilməyib. Təkrar eniş zamanı isə idaretməni itirib və uçuş-enmə zolağından 50-100 metr kənara düşüb. Bu zaman partlayış baş verib. Və təyyarə yanıb. Göyərtədə 7 heyət üzvü, 55 sərnişin, həmçinin 4 uşaq olub. Onların hamısı ölüb . İlkin məlumata əsasən, Rostovda qəzaya uğrayan “Boinq”-in sərnişinlərinin çoxu Rusiya vətəndaşıdır. Hazırda hava limanı bağlanıb.
Məlumata görə, sərnişin təyyarəsi yerə düşməzdən əvvəl şəhərin üzərində 2 saat dövrə vurub. Hazırda təyyarənin qəzaya uğradığı ərazidə xeyli canlı qüvvə və 90 tenxnika çalışır. Bu arada sosail şəbəkədə pilotlarnın danışıqlarının audioyazısı peyda olub. Yazıda, təyyarədə ştatdankənar vəziyyətin olmadığı eşidilir. Belə ki, pilot adi qaydadada sərnişinləri salamlayır. Bir müddət sonra isə ingilis dilində dispetçerdən Rostova enişin niyə bağlı olduğunu soruşur. Təyyarənin məxsus olduğu aviaşirkət hadisənin baş vermə səbəblrinin araşdırılmasına başlayıb. Rostov əyalətində hadisə ilə əlaqədar matəm elan olunub.
Prezident İlham Əliyev Rostov-Don aeroportunda təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.




13:00 / 19.03.2016     Çap et  Çap et