Lider TV

BMT Aİ - Türkiyə razılaşmasına qarşıdır


Avropada miqrasiya böhranı davam edir. Sloveniya höküməti sərhədlərini qaçqınların üzünə bağlamağı qərara alıb. Kanada isə cari ildə daha cox miqrant qəbul etmək istəyini bildirib.
Sloveniya bu gündən qaçqınların ölkəyə daxil olmasını məhdudlaşdırmağa başlayır. Bununla da qonşu Xorvaiyadan Sloveniyaya keçən miqrantların qarşısını almaq istəyir. Hər iki ölkə Avropa Bırlıyının üzvüdür. Sloveniyaya keçən qaçqınlar, sonradan Avropa Birliyinin daha ınkışaf etmış ölkələrınə üz tuturlar.
Məlumata görə, bundan sonra Sloveniya sərhədçiləri ölkə ərazisinə daxil olmaq istəyən hər bir şəxsdən Avropa Birliyi vızasını tələb edəcək. Serbiya höküməti isə öz növbəsində rəsmi Lyublıananın bu barədə onu məlumatlandırdığını bıldırıb. Sloveniyanın bu addımından sonra Türkıyə və Yunanıstandan gələn, balkanlardan Avropa Birliyi ölkələrınə keçən mıqrantların daha bir yolu bağlanacaq. Avropa Birliyinin üzvü olmayan Serbıya da Makedonıyadan gələn mıqrantar üçün sərhəddə oxşar tədbırlər görəcəyını deyıb. Avropa İttifaqı Türkiyə sammitində əldə edilən razılaşma BMT-nın Qaçqınlar üzrə Alı Komıssarlığının narahatlığına səbəb olub. Belə ki, sövdələşməyə əsasən, Avropayadakı miqrantlar Türkiyəyə göndəriləcək. Miqrasiya problemi ABŞ dövlət katıbının köməkçısı Viktoriya Nulandın Malta və Yunanıstana rəsmi səfər zamanı da müzakirə ediləck.
Kanada höküməti isə 2016 ildə daha cox qaçqın qəbul edəcəyini bəyan edib. Məlumata görə, rəsmi Ottava 57 minə yaxın miqrant üçün öz sərhədlərini açmağa hazırdır. Bu rəqəm keçən ilki göstəricini iki dəfə qabaqlayır.




13:00 / 09.03.2016     Çap et  Çap et