Lider TV

İŞİD - in qız cəlladı


Ekstremist təşkilatların, o cümlədən terrorçu «İŞİD» qruplaşmasının sıralarında mindən çox Tacikistan vətəndaşı döyüşür. İraqda isə 12 yaşlı qız İŞİD - ın edam hökmünü həyata keçrib.
Tacikistanın baş prokuroru Rahmon Yusufun sözlərinə görə, ekstremist qruplaşmarın sıralarında 1094 Tacikistan vətəndaşı döyüşüb. «Ötən il 147 vətəndaş vətənə qayıdıb, daha 780 nəfəri barəsində axtarış elan edilib, 31 nəfər İŞİD-ə qoşulmaq məqsədilə ölkədən çıxmağa çalışarkən tutulub, İŞİD tərəfində döyüşən 166 Tacikistan vətəndaşına qarşı cinayət işi açılıb», - prokuror belə deyib.
İŞİD terror qruplaşması beş qadını əhalinin gözü qarşısında edam edib. Onların arasında yaraqlıları müalicə etməkdən imtina edən həkimlər də var. Edam hökmünü isə 12 yaşlı qız həyata keçirib. Britaniya kütləvi informasiya vasitələrinin məlumatına görə, qıza məşhur İŞİD cəlladı - «Cihadi Con»-un şərəfinə «Cihadi Ceyn» ləqəbi verilib. Qeyd edək ki, oğlan uşaqlarının iştirakı ilə edamlar artıq bir neçə dəfə həyata keçirilib. Lakin qruplaşma ilk dəfədir ki, cəllad kimi qızdan istifadə edir.
İŞİD-in çirkli pulları hansı üsullarla yuduğu məlum olub. Terrorçular bank və vətəndaşlardan oğurlanmış pulları əvvəlcə iordaniyaya, daha sonra iraqdakı hesablara yatırırlar. Çirkli pullar iraqa geri göndərildikdən sonra mərkəzi bankın valyuta satış tenderlərində iştirak edən qruplaşma bu üsulla ayda 20-25 milyon dollar qazanır. Aparılan araşdırmaya görə, işid-in əlində vətəndaşlardan oğurladığı və mosul mərkəzi bankının yarılmasından qalan 100 milyonlarla iraq dinarı var.




13:00 / 04.03.2016     Çap et  Çap et