Lider TV

Atəşkəs davam edir


İsrailin müdafiə naziri Moşe Yalon Suriya prezidenti Bəşər Əsəd barədə qalmaqallı iddialarla çıxış edib. Yalon bəyan edib ki, Bəşər Əsəd atəşkəs dövründə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə edərək 5 ildir davam edən vətəndaş müharibəsini bitirməyə hazırlaşır. “Suriyada rejimə sadiq hərbçilər kimyəvi silahdan istifadə etmək istəyir. Atəşkəs günlərində mülki əhalinin yaşadığı ərazilərə xlor boşaldılır.” - deyə Moşe Yalon bildirib. Rəsmi Təl-Əviv Suriyada davam edən müharibə səbəbindən rəsmi Dəməşq və Tehranı tənqid etməklə yanaşı, Əsəd rejiminin ən böyük dəstəkçisi Rusiya ilə münasibətlərini qorumağa etməyə çalışır. Bir neçə gün əvvəl isə İsrailin baş naziri Benyamin Netanyahu Rusiya və İranın Suriyaya göndərdiyi silahların “Hizbullah”-ın əlinə keçə biləcəyindən narahat olduğunu bildirmişdi.
Bu arada Suriyanın Həma əyalətində 30-dan çox yaşayış məntəqəsi atəşkəsə qoşulmaq üçün razılıq verib. Sülh prosesinə qoşulmaq barədə kəndlər arasında saziş imzalanıb. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri isə bildirib ki, Vaşinqtonun "B" planı" Suriyada federativ dövlət quruluşunu nəzərdə tutumur.




13:00 / 03.03.2016     Çap et  Çap et