Lider TV

Daşqın 5 nəfərin ölümünə səbəb olub


Yaponiyada hava şəraiti kəskin pisləşib. Ölkəyə güclü qar yağıb. İtaliyada güclü külək və leysan ölümlə nəticələnib. İtaliyada şiddətli küləklə müşaiyət olunan leysan daşqına yol açıb. Nəticədə 5 nəfər həyatını itirb. Məlumata görə, əlverişsiz havanın ilk qurbanı Kalabriya vilayətinin 51 yaşlı sakini olub. Onun avtomobilinin üstünə ağac düşüb. Daha 2 nəfər kampaniya vilayətində dünyasını dəyişib. Onların da avtomobildə olduğu bildirilir. Üçüncü hadisə isə Marke vilayətində qeydə alınıb. Burada içərisində bir nəfərin olduğu avtomobili palçıq axını aparıb.
Sonuncu ölüm hadisəsi isə Verona əyalətində qeydə alınıb. Belə ki, burada çaya düşən 50 yaşlı kişi boğularaq ölüb . Güclü külək bir neçə ada arasında əlaqəni kəsib. Meteoroloqların məlumatına görə bu cür hava şəraiti hələ bir neçə gün davam edəcək. Yaponiyada güclü qar yağıb. Hokkaydo adasındakı hava limanında təyyarələrin uçuşu ləğv olunub. Məlumata görə, aeroportda yüzlərlə sərinişin qalıb.
Çexiya Hidrometeoroloji İnstitutu güclü qarın yaxınlaşması ilə bağlı xəbərdarlıq edib. Məlumata əsasən bəzi yerlərdə qarın hündürlüyü 20 sm olacaq. Yollarda hərəkət çətinləşək.




13:00 / 29.02.2016     Çap et  Çap et