Lider TV

Rusiya paytaxtında Azərbaycanın turizm nümayəndəliyi açıldı


Rusiya paytaxtında Azərbaycanın turizm nümayəndəliyinin rəsmi açılış mərasimi olub. Paytaxtın “Balçuq kempinski” hotelində keçirilən açılış mərasimində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və onun Moskvadakı turizm nümayəndəliyi olan, Rusiyada Azərbaycan üzrə ilk turoperator “Tour a vent” şirkətinin təqdimatı baş tutub. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mədəniyyət və Turizm Nazirliyinin, “Azal” qapalı səhmdar cəmiyyətinin nümayəndələri , Azərbaycan Turizm Assosiasiyasının, Rusiyanın tanınmış aparıcı turizm agentliklərinin rəhbərləri, yerli media nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu ölkəmizin böyük turizm potensialı olduğunu söyləyib.
"Mən sizi Azərbaycana dəvət edirəm, Azərbaycanın mənzərəli yerlərini görməyə, turizm imkanlarından bəhrələnməyə çağırıram, əminəm ki, Azərbaycanı bir dəfə görməyə gələn, yenə bu ölkəni görmək istəyəcək". Tədbirdə çıxış edən digər ekspertlərin fikrincə rusiyalı turistlər üçün Türkiyədə və Misirdə istirahət qapalı olduğundan, Azərbaycanda istirahətin əhəmiyyəti indi daha da artıb. Çıxışlar zamanı Azərbaycanda həm yay, həm də qış mövsümündə istirahət etməyin mümkünlüyü qeyd olundu. Təqdimat mərasimində rusiyalı turistlərin Azərbaycana səfərlərini nəzərdə tutan, iki ölkə arasında turizm sahəsində əlaqələrin möhkəmlənməsinə dair üç memorandum da imzandı. Yeri gəlmişkən bildirək ki, bu gün Azərbaycana səfər edən xarici turistlərin 30 faizini ruslar təşkil edir.

Anar Həsənov




09:00 / 25.02.2016     Çap et  Çap et