Lider TV

Xəstəxana bomalanıb


Türkiyə-Suriya sərhədində baş verən toqquşma zamanı bir türk hərbçisi həyatını itirib. Suriyanın şimalında Rusiya təyyarələrinin xəstəxanaya endirdiyi zərbələr nəticəsində isə azı 15 nəfər ölüb. Hələb əyalətində məktəb, xəstəxana və diqər mülkü obyektlərə hava zərbələri endirilib. Nəticədə 15 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb. Raketlərin çoxu Aazaz şəhərinə düşüb. Şəhər Türkiyə ilə sərhədin yaxınlığında yerləşir. Türkiyənin baş naziri əhməd davutoğlü bildirib ki, hücumun arxasında Rusiya dayanır. Rəsmi Moskva isə hadisəyə hələ ki, münaisbət bildirməyib. Xatırladaq ki, Rusiya artıq bir neçə dəfə Suriyada mülkü obyektləri bombalayıb.




19:00 / 15.02.2016     Çap et  Çap et