Lider TV

NATO Türkıyə-Surıya sərhədıni möhkəmləndirir


NATO Türkiyə, Almaniya və Yunanıstanın miqrant axınına nəzarət etməklə bağlı müraciətini qəbul edib. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan isə ölkəsinin qacqın axınına tab gətirmədiyini deyib. Və belə getsə, Avropa İttifaqına üzv olan ölkələrlə sərhədləri acacağını bəyan edib. NATO – ya üzv ölkələrin müdafiə nazirləri Egey dənizində Türkiyə və Almaniyanın irəli sürdüyü miqrantların müdafıə planını təstiqləyib. Bir müddət əvvəl Türkiyənin baş naziri Əhmət Davudoğlu və Almaniya kansleri Anqela Merkel NATO-ya müraciət edərək, qacqın axını, həmçinin onların dənizdə ölmələrinin qarşısını almaq üçün müdafiə mexanizminin yaradılmasını istəmişdilər. Məlumata görə, ötən il 805 miqrant egeydə boğularaq ölüb. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan isə miqrantların Avropa İttifaqı ölkələrinə keçməsi üçün ölkə sərhədlərini aca biləcəklərini bəyan edib. Bildirib ki Türkiyə artıq qacqın axınına tab gətirə bilmir. Suriyanın Hələb şəhərində davam edən döyüşlər səbəbindən artıq 50 min sakin evini tərk edib. Şəhərdə vəziyyət acınacaqlıdır. Bir cox sakinin qida ilə bağlı problemi yaranıb. Onların coxu Türkiyə sərhədlərinə doğru irəlləyir.




19:00 / 11.02.2016     Çap et  Çap et