Lider TV

Əliağa Vahidin Qəzəllərindən İbarət Konsert Proqramı Təşkil Olunacaq


Əliağa Vahidin qəzəllərindən ibarət konsert proqramı təşkil olunacaq. Yayım hüququ “Lıder” televiziyasına məxsus olan konsertə hazırlıqlar davam edır. Vahidsevərlər fevralın 18-də Heydər Əliyev sarayının səhnəsində ustad xanəndələrin ifalarından zövq almaqla yanaşı, Əliağa Vahidin qəzəllərini də dinləyə biləcəklər. Əliağa Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndələrindən biridir. Onun qəzəlləri ustad xanəndələrin, söz ustalarının repertuarında mühüm yer tutur. Vahidin qəzəllərindən ibarət konsert proqramında məqsəd də bu repertuara malik mədəniyyət xadimlərini bir araya gətirməkdır. «Bılsən, gozəlım, sən nə qədər sevgılı cansan, Zulm eyləmə, qoy soyləməsınlər can alansan.» Yüzlərlə bu kimi qəzəl Əliağa Vahidin Azərbaycan ədəbiyyatında özünəməxsusluğunu ifadə edir. Konsertdə tanınmış söz ustaları da görkəmli şairin qəzəllərini ifa edəcəklər. Konsertin yayımı “Lider” televizyasına məxsusdur. Tamaşaçılar konsertdən ən yaddaqalan məqamları məhz bızım efirdən izləyə biləcəklər.

Sevda bayramova




09:00 / 10.02.2016     Çap et  Çap et