Lider TV

Ordu irəliləyir


Suriya ordusu Hələb şəhərindən şimalda yerləşən və terrorçuların bu ərazidə sonuncu mövqeyi olan Tel-Rifaat yaşayış məntəqəsinə yaxınlaşıblar. Ordu digər ərazilərdə də müvəffəqiyyət qazanır. Artileriya Tel-Rifaatın ətrafına zərbələr endirməyə başlayıb. Yaxınlıqda yerləşən Retyan şəhərində də döyüşlər gedir. Məlumata görə, ordu bu yaşayış məntəqələrini ələ keçirə bilsə, stratejı baxımdan əhəmiyytli olan Aazaz şəhərinə gedən yol açılacaq. Son günlər 4 şəhər terrorçulardan azad olunub. Ordu Latakiyada da uğurlar əldə edib və Kensaba qəsəbəsini mühasirəyə alıb.
Bu arada ekstrimist qruplaşmalar Suriya ordusunun nəzərəti altında olan şəhərləri atəşə tutublar. Latakiyadan 40 km məsafədə yerləşən Kardaxada partlayış nəticəsində 3 dinc sakin həyatını itirib, daha 6 nəfər yaralanıb. Nobul və Əz-Zəhra şəhərləri də atəşə tutulub. Lakin ölən və yaralanların sayı barədə məlumat yoxdur.
«Suriya münaqişəsində iştirak edən tərəflər hərbi əməliyyatları dayandırmalı və dinc əhaliyə yardımın çatdırılması üçün şərait yaratmalıdırlar». Belə bəyanatla BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven Obrayen çıxış edib. O tərəfləri beynəlxalq humanitar hüququn normalarını yerinə yetirməyə və dinc əhalini qorumağa çağırıb.




13:00 / 09.02.2016     Çap et  Çap et