Lider TV

Türkiyə və Almaniyayla qaçqın böhranını müzakirə edib


Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri zamanı Suriyadan Avropaya gələn qaçqınlar məsələsi diqqət mərkəzində olub. Türkiyə sərhəddində qacqınların sayı isə günbəgün artır.
Almaniya kansleri Angela Merkel Türkiyə rəsmiləri ilə apardığı danışıqların mərkəzində əsasən Suriyadan gələn qaçqınların problemləri dayanırdı. Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu Almaniya kansleri ilə Hələbdə davam edən döyüşləri daha geniş müzakirə ediblər. Adıcəkilən ərazidə gedən döyüşlərin əsas səbəbkarı kimi Rusiya göstərilib. Davudoğlu qaçqınların Avropaya qanunsuz yolla catdırılması probleminin həlli üçün NATO-dan kömək istəyib. Almaniyanın kansleri Angela Merkel isə deyib ki, qaçqın axınının qarşısını almaq üçün Türkiyənin ciddi addımlar atacağını gözləyirik.
Suriya ilə Türkiyə sərhəddində yerləşən Kilis ailayətində isə məskunlaşan qacqınların sayı son 48 saat ərzində 35 min nəfərə çatıb. Onlardan coxusunun hazırda döyüşlərin getdiyi Hələbdən qaçdığı bildirilir. Suriyalıların məqsədi Türkiyə ərazisinə keçməkdir, lakin sərhəd keşıkçılərınə yalnız xəstə, ağır yaralanmış və cox uşaqlı qadınları buraxmağa icazə verilib. Suriyanın Hələb şəhərində davam edən şiddətli döyüşlər nəticəsində Türkiyə ilə Suriya sərhəddində məskunlaşan miqrantların sayının 600 min nəfərə çatacağı gözlənilir. Bunu Türkıyə baş nazırının müavını Numan Kurtulmuş bəyan edıb.
Türkiyə hökümətinin məlumatına görə Suriyanın Hələb şəhərində döyüşlərdən canlarını qurtarmaq üçün Türkiyə ilə sərhəd rayonlara toplaşanlar üçün yeni çadır şəhərciyi qurulacaq. Hazırda sərhəddə 35 mın nəfər qaçqın Türkıyə ərazısınə keçmək üçün icazə veriləcək anı gözləyir.




13:00 / 09.02.2016     Çap et  Çap et