Lider TV

Misir prezidentinin yoluna qırmızı xalça sərilməsi ölkədə qızğın mübahisələrə yol açıb


Misir prezidenti Əbdülfəttah Əs-Sisinin kartejinin yoluna qırmızı xalça sərilməsi ölkədə qızğın mübahisələrə yol açıb. Sisi və hökumət rəsmilərinin Qahirənin 6 Oktyabr adlı məhəlləsinə gəlişi zamanı maşınlar üçün də yol boyu uzun bir qırmızı xalça sərilib. Dövlət başçısı ətrafında yaranan bu qalmaqal ölkədə narazılıqlara səbəb olub. Hətta bəzi sosial şəbəkələrdə onun haqqında “Firon qayıdıb” fikirləri yer alıb. Hökümət rəsmilər bildiriblər ki, xalca insanların əhval ruhiyəsini yaxşılaşdırmaq üçün sərilib. İnternet istifadəçiləri əs Sisiyə Ukrayna prezidenti Pyotr Poroşenkonu nümunə göstəriblər. Belə ki, Ukrayna prezidentinin korteji əssisidən fərqli olaraq yol-hərəkət qaydalarına əməl edrək hətta işıqforun qırmızı işığında dayanır. Bu dövlət başçısı üçün təhlükəsizlik nöqteyi nəzərindən məqbul sayılmasada Poroşenko qaydalara əməl etməyi tapşırıb. Bəzi məlumatlara görə Poreşnkonun korteji saatda 120 kilometr sürütlə hərəkət edir.




09:00 / 09.02.2016     Çap et  Çap et