Lider TV

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreven «Lider» TV-yə eksklüziv müsahibə verib


Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreven Milli Paralimpiya Komitəsinin 20 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdədir. O, səfərin məqsədi və azərbaycan paralimpiya hərəkatın inkişafı barədə «Lider» TV-yə eksklüziv müsahibə verib. İlk dəfə Azərbaycana 2010-cu ildə gəldiyini deyən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Fill Kreven yenidən burada olmağından şərəf duyduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə paralimpiya hərəkatına olan diqqət və qayğı nəticəsində uğurlar günü-gündən artır. Fillp Kreven vurğuladı ki, indi Beynəlxalq Paralimpiya Komitəsinin qarşısında duran başlıca vəzifə «Rio-2016» paralimpiya oyunlarını yüksək səviyyədə keçirməkdir. Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti fevral ayının onuna qədər Bakıda olacaq. Sabah isə cənab Kreven Milli Paralimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş tədbirə qatılacaq Mehman Davudoğlu




19:00 / 07.02.2016     Çap et  Çap et