Lider TV

Qocalar evində güclü yanğın baş verib


Kanadanın Toronto şəhərində yerləşən qocalar evində güclü yanğın baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Alov beşmərtəbəli binanın sonuncu mərtəbəsini əhatə edib. Alovun qarşısını almaq üçün hadisə yerinə 12 yanğınsöndürən briqada cəlb olunub. İnsidentin başvermə səbəbləri müəyyənləşdirilir. Hadisə zamanı binada olan insanların sayı barədə məlumat verilmir.




13:00 / 06.02.2016     Çap et  Çap et