Lider TV

Zika ilə mübarizə genişləndirilir


Zika virusunun yayıldığı ölkələrin sayı sürətlə artır. Kolumbiyada virus üç nəfərin həyatına son qoyub. Nikaraquda isə xəstəliyə yoluxanların sayı 31-ə çatıb.
2014-cü ilin yanvarından etibarən “Zika” virusu 33 ölkəyə yayılıb. Bu barədə dünya səhiyyə təşkilatı məlumat yayıb. Virusun daşıyıcısı olan ağcaqanadların yaşadığı ərazilərdə xəstəliyin sürətlə yayılacağı gözlənilir.
Kolumbiyada virus artıq 3 nəfərin ölümünə səbbə olub. Ölkənin Milli Səhiyyə İnstitutu 25 min adamın «zika»-ya yoluxdunu bəyan edib. Nikaraqua hökuməti isə 31 nəfərin virusa yoluxduğunu açıqlayıb. Məlumata əsasən, virusa yoluxanların çoxu paytaxt manaquada yaşayır. Qorxulu virusun ən geniş yayıldığı braziliyada isə ənənəvi karnaval təxirə salınmayıb. Rio de janeyroda musiqi, rəqs, və rəngarəng geyimlərin nümayişi olan karnavalın təntənəli açılışı olub. Ölkənin təxminən 50 şəhərində isə təhlükəli virusun yayılması ilə əlaqədar tədbirdən imtina edilib. Karnalavlın keçirildiyi Rio-De-Janeyroda bütün meydanlar dezinfeksia edilib. Karnaval iştirakçılarına isə mümkün qşədər örtülü paltarlar geyinmək tövsiyyə olunub.




13:00 / 06.02.2016     Çap et  Çap et