Lider TV

Avropa miqrant siyasətini sərtləşdirir


Afrika və Asiyadaki münaqişələr Avropaya gələn miqrantların sayını daha da artıracaq. Miqrasiya üzrə beynəlxalq təşkilatda belə hesb edirlər. Bəzi Avropa ölkələri isə miqrant siyasətini sərtləşdirməyi düşünür.
Miqrasiya üzrə beynəlxalq təşkilatın baş direktonu Uilyam Leysi Svinq bildirib ki, 2016-ci ildə Avropaya gələn miqrantların sayı azalmayacaq. Onun sözlərinə görə miqrasiyanın səbəbləri hələ həll edilməyib.
Leysi Svinq bildirib ki, Avropa miqrantlardan pul yığmaqla xeyir əldə etməyə çalışmamalıdır, əksinə uzunmüddətli miqrasiya siyasəti aparmalıdır. Onun sözlərinə görə qaçqınlara pulsuz təhsil və tibbi xidmətlərin verilməsi Avropa üçün müsbət nəticələnəcək. Bu yolla onlar işləməyə və verqi ödəməyə başlayacaqlar, cəmiyyətin bir üzvnə çevriləcəklər.
Bu arada Avropanın miqrasiya siyasətini tənqid edən siyasətçilərin sayı artır. İslandiyanın baş naziri qaçqınların Avropaya axınının qarşısını almağa çağırıb. Onun sözlərinə görə Avropa yalnız həqiqi qaçqınlara yardım etməlidir. Böyük Britaniyanın baş naziri Devid Kemeron isə miqrasiya siyasətini sərtləşdirilməsi üzrə danışıqlar aparmaq üçün Polşa və Danimarkaya səfər edəcək.
İsveç höküməti 2016-ci ildə ölkəyə 140 minə qədər miqrantın gələcəyini proqnozlaşdırır. Lakin bu, dəqiq rəqəm deyil. Miqrantların sayı İsveç hökümətinin apardığı siyasət və Avropa İttifaqı tərəfindən qəbul edilən qərarlardan asılıdır.




19:00 / 05.02.2016     Çap et  Çap et