Lider TV

Yeni alyans yaradılır


İran, Rusiya, Suriya Və «Hizbullah» alyans yarada bilər. Bunu İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Vilayəti bildirib. İran Rusiya ilə regional məsələlərdə strateji əməkdaşlıq siyasəti yürüdür. Əli Vilayeti belə deyib. Qeyd edib ki, belə alyansın yaradılması zəruridir. Cenevrə danışıqları bu dəfə də baş tutmasa, 5 il vətəndaş müharibəsi şəraitində yaşayan əhali üçün ümüd yeri qalmayacaq. Bu fikri isə BMT-ın Suriya üzrə xüsusi səfiri Stefan De Mistura səsləndirib. Tərəflər hələ yanvarın 29-dan Cenevrədə olsalar da, heç bir məsələni müzakirə etmək mmükün olmayıb. Bütün danışıqlar Stefan De Mistura vasitəsi ilə aparılır. Bu arada Suriya ordusunun hücuma keçməsi Cenevrədə keçirilən danışıqlara təsir göstərib. Suriya müxəlifəti danışıqlardan imtina edib. Xatırladaq ki, ordu hələbdən Türkiyə ilə sərhəddə yerləşən Aazaz şəhərinə gedən strateji yolu nəzarətə götürüb. Hücumlar aviasiya və artileriya zərbələri ilə müşaiyət olunur. Suriya ordusu silahlıların əlində olan Nobul və Əz-Zəhra şəhərlərinə yaxınlaşır.




19:00 / 03.02.2016     Çap et  Çap et