Lider TV

Cenevrə danışıqları pozulub


Suriya ordusu terrorçuların ölkənin şimalındakı mövqelərinə hücuma keçib. 3 il silahlıların nəzərəti altında olan ərazi azad edilib. Lakin hərbi əməliyyat Cenevrə danışıqlarına əngəl törədib.
Hələbdən Türkiyə ilə sərhəddə yerləşən Aazaz şəhərinə gedən strateji yol Suriya ordusunun nəzərətinə keçib. Ordunun hücumu aviasiya və artileriya zərbələri ilə müşaiyyət olunur. Bu bölgə «cəbşat əş-şamiya» koalisiyasının nəzarətin altında olub. Koalisiyaya 20-dən çox islamçı qruplaşma daxildir. Suriya ordusu silahlıların əlində olan Nobul və Əz-Zəhra şəhərlərinə yaxınlaşır.
Ordunun hücuma keçməsi Cenevrədə keçirilən danışıqlara təsir göstərib. Suriya müxəlifəti danışıqlardan imtina edib. Tərəflər hələ yanvarın 29-dn Cenevrədə olsalar da, heç bir məsələni müzakirə etmək mmükün olmayıb. Bütün müzakirələr BMT-in xüsusi səfiri Stefan De Mistura vasitəsi ilə aparılır. Danışıqlara başlamaq üçün müxalifət hökumətdən bombardman və blokadanı dayandırılmağı, əçsirlərin azad edilməsini tələb edir.




13:00 / 03.02.2016     Çap et  Çap et