Lider TV

İŞİD məhv ediləcək


İtaliyanın paytaxtı Romada İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyanın növbəti iclası keçirilib. Xarici işlər nazirləri səviyyəsində baş tutan toplantıda terror qruplaşması ilə mübarizə yolları müzakirə edilib.
Toplantıda 20 - dən çox ölkənin nümayəndəsi iştirak edib. İŞİD-lə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edildiyi xüsusi vurğulanıb. Koalisiyanın İraqın 40, Suriyanın isə 20 faizindən İŞİD terrorçularını çıxarmağa nail olduğu bildirilib. “Təəssüf ki, təhlükə hələ davam edir və İŞİD terrorçuları müqavimət göstərirlər” - iclasda belə deyilib. ABŞ-ın dövlət katibi Con Kerri dünyada təhlükəsizliyi təmin etmək üçün İŞİD-i məhv edəcəklərini deyib. Kerri Suriya və İraqda terrorçulara qalib gələcəklərinə əminliyini ifadə edib. İŞİD-in nəzarəti altında olan ərazilərin Liviyaya qədər genişləndiyini deyən Kerri, bu ölkədəki neft mənbələrinin qondarma bir xəlifınin əlinə keçməsinə izn verməyəcəklərini bildirib.




13:00 / 03.02.2016     Çap et  Çap et