Lider TV

Yeni torpaq sahələri istifadəyə verilir


«Taxtakörpü su anbarı altında 35 min hektar yeni sahə istifadəyə veriləcək. Suvarılan sahələr Dəvəçi, Şabran, Xızı, Abşeron rayonları ərazisindədir». Bu barədə Milli Məclisin aqrar siyasət komitəsinin yaz sesiyasının ilk iclasında məlumat verilib. Bildirilb ki, yeni istifadəyə verilən torpaqlar kənd tsərüfatı məhsullarının istehsalını artırmağa imkan yaradacaq. İclasda komitə sədri Eldar İbrahimov yazı sesiyasında görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, «Kənd təsərüfatı kooperasiyası haqqında» qanun laiyhəsini inqilabi adlandırmaq olar. Bu qanun binici oxunuşda keçib. Hazırda ikinci oxunuş üçün sənəd üzərində iş aparılır.




19:00 / 29.01.2016     Çap et  Çap et