Lider TV

Regionların turizm potensialı inkişaf etdirilməlidir


Ölkədə qeyri-neft sektoru sürətlə inkişaf etməlidir. Bu sırada turizm mühüm rol oynayır. Dövlət bu sektorun inkişafı üçün kifayət qədər böyük işlər görüb. Prezident İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda belə deyilib. Ecazkar mənzərə, səfalı yerlər, qədimiliklə müasirliyin vəhdət təşkil etdiyi əsrarəngsiz diyar. Azərbaycan turizm üçün təbiətin bəxş etdiyi bütün gözəlliklərə malikdir. Bu imkandan yararlanmaq vacibdir. Beynəlxalq turizm zonasına çevrilmiş “Şahdağ” və “Tufandağ” kimi mərkəzlərin sayı artmalıdır. Cənub və qərb zonasının da turizm potensialından tam istifadə olunmalıdır. Artıq Naftalan müalicə və sağlamlıq mərkəzinin əvvəlki şöhrəti də geri qayıdır. Ölkəyə turist axınını təmin etmək üçün şərait yaradılmalı, xidmət sektoru inkişaf etməlidir. Bu istiqamətdə yerli və xarici sərmayə cəlb edilməlidir. Bu sahənin dirçəlməsi məqsədilə xeyli iş də görülüb. Turizmin inkişafına təsir edən bütün süni əngəllər aradan qaldırılır. Vizalarla bağlı mövcud problemlər də həllini tapır. Azərbaycanı görmək istəyən xarici qonaqlar üçün geniş imkanlar yaradılır. Ölkəmizini zəngin mədəni sərvətlərinin xaricdə geniş təbliğatı aparılır. Mehmanaxanalar və turizm şirkətlərinin lisenziya almadan fəaliyyət göstərə bilməsi də bu sahənin inkişafına təkan verir. Və bütün bunlar Azərbaycanın tezliklə dünyada turizm ölkəsi kimi tanınmasına yol açır.

Fidan Əliheydər




19:00 / 26.01.2016     Çap et  Çap et