Lider TV

Yeni istiqrazlar buraxılır


Yaxın günlərdə Maliyyə Nazirliyi valyuta bazarına yeni istiqrazlar buraxacaq. İstiqrazlara verilən faizlərin isə yüksək olacağı bildirilir. Bir neçə gündən sonra Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni istiqrazları dövriyəyə buraxacaq. İstiqrazlar həm manat, həm də dollarla təklif olunacaq. Manatla olan istiqrazların faizi daha yüksək 11- 12 faiz gözlənilir. Dollarla alınan istiqrazlara isə 3 faiz veriləcək. Vətəndaş qiymətli kağızın faizini ildə bir dəfə, onun dəyərini isə istədiyi vaxt ala bilər. Ən əsası isə bu istiqrazlara dövlət zəmanət verir. Yəni onlar sığortalanacaq. İqtisadçı ekspertin sözlərinə görə, istiqrazlar dövlət üçün yeni maliyyə mənbəyidir. Belə ki, dövlət qiymətli kağızların satışından əldə olunan vəsait real sektora yatırmaq imkanı qazanacaq. Digər tərəfdən, istiqrazlar valyuta bazarında manata olan təzyiqi aradan qaldıracaq. Ekspertlərin fikrincə, istiqrazların faizi mümkün infilyasiyadan yuxarı olacaq. Bu da vətəndaşların əlində olan manatın qiymətdən düşməsinin qarşısını müəyyən qədər alacaq. Nurlan Vilayətoğlu




19:00 / 25.01.2016     Çap et  Çap et