Lider TV

Ebola qayıdır?


Afrikada ebola virusu yenidən baş qaldırıb. Təhlükəli virus bir nəfərin həyatına son qoyub. Syerra-Leonedə noyabr ayının əvvəli ebola təhlükəsinin sona çatdığı bəyan olunsa da, hökumət virusa yoluxmuş daha bir xəstənin öldüyünü təsdiqləyib. Məlumatı Qərbi Afrika ölkəsinin Səhiyyə Nazirliyi yayıb. Xəbərə əsasən, hazırda məsələ araşdırılır. Və götürülən analizlər oğlanın eboladan öldüyünü təsdiqləyib. Qeyd edək ki, təhlükənin sovuşduğu barədə xəbər yayılandan sonra, ölkədə 90 günlük tibbi monitorinq dövru elan edilib. Bu arada ötən gün Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrikada epidemiyanın sona çatdığını bəyan edib. Təşkilatın məlumatına əsasən, son 42 gün ərzində bir dənə də olsun virusa yoluxma faktı qeydə alınmayıb. Xatırladaq ki, ebola ilk dəfə qvineyada qeydə alınıb. Daha sonra virus qonşu ölkələr olan Syerra-Leone və Liberiyaya yalyılıb. Epidemiya başlayandan bu üç ölkədə min nəfər xəstəlikdən dünyasını dəyişib. Ümumilikdə 28 mindən çox insan ebolaya yoluxub.




13:00 / 15.01.2016     Çap et  Çap et