Lider TV

Turizmin inkişafı üçün bütün süni əngəllər aradan qaldırılır


Ölkədə turizm sektorunu inkişaf etdirmək üçün yerli və xarici sərmayəyə ehtiyac var. Dövlət bu sahədə kifayət qədər böyük işlər görüb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında belə deyib. Bildirib ki, turizm üçün bütün məqbul zonalarda bu sahə geniş inkişaf etməlidir. Ölkədə turizmin inkişafına təsir edən bütün süni əngəllər aradan qaldırılır. Azərbaycanı görmək istəyən xarici qonaqlar üçün vizalarla bağlı mövcud problemlər də həllini tapır. Ölkəmizə səyahət etmək istəyən turistin vaxt itirmədən bilet alıb müvafiq prosedurdan keçərək gəlib, istirahət edə bilməsi təmin olunur. Ölkəyə turist axınını təmin etmək üçün yerli və xarici sərmayənin cəlb olunmasını mühüm hesab edən prezident İlham Əliyev hökümətin bu sahədə böyük işlər gördüyünü deyib. Ölkədə hər məqbul zonada bu sahə geniş inkişaf etməlidir. Beynəlxalq turizm zonasına çevrilmiş “Şahdağ” və “Tufandağ” kimi mərkəzlərin sayı artmalıdır. Turizm üçün cənub və qərb zonasında da təbiətin bəxş etdiyi gözəl imkanlardan istifadə edilməlidir. Azərbaycanın zəngin mədəni sərvətləri, əsrarəngsiz səfalı yerlərinin dünyada tanıdılması istiqamətində geniş təbliğat işləri aparılır, xarici kütləvi informasiya vasitələrində reklam çarxları yayımlanır, müxtəlif dillərdə bukletlər paylanılır. Elektron vizanın tədbiqi də turistlərin daha rahat səyahət etmələrinə imkan yaradır. Artıq mehmanaxanalar və turizm şirkətlərinin lisenziya almadan fəaliyyət göstərə bilməsi də bu sahənin inkişaf prosesini sürətləndirir. Bir sözlə, Azərbaycanın tezliklə turizm ölkəsi kimi tanıdılmasına əngəl yaradan bütün maneələr aradan qaldırılır.

Fidan Əliheydər




19:00 / 12.01.2016     Çap et  Çap et